Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov özəl xəstəxanaların birinə yerləşdirilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, səhhətində problem yaranan keçmiş nazir bu gün ev dustaqlığına buraxıldıqdan sonra müalicə almaq üçün xəstəxanaya aparılıb.
Hazırda müayinə olunan sabiq nazir həkimlərin tövsiyyəsi ilə xəstəxanada müalicəsini davam etdirəcək.
Qeyd edək ki, bu gün Səbail rayon Məhkəməsi Səlim Müslümov barəsində həbs qətimkan tədbirini dəyişib və ev dustaqlığına buraxıb.
Səlim Müslümov barəsində olan korrupsiya əməllərinə görə ötən ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilib.
Xatırladaq ki, sabiq nazir bir neçə gün öncə səhhətindəki problemlərə görə Penitensiar Xidmətin Müalicə müəssisəsinə yerləşdirilmişdi.