
Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılan NİDA Vətəndaş Hərəkatının keçmiş üzvləri - Elsevər Mürsəliyev və Bəxtiyar Quliyev Fəxri Xiyabanda olublar. NİDA Vətəndaş Hərəkatının azad olunan keçmiş üzvləri mərhum prezident Heydər Əliyevin məzarını ziyarətə gediblər.
Keçmiş NİDA-çıları Fəxri Xiyabanda jurnalistlər və yaxınları müşayiət ediblər. Hər iki gənc məzara gül qoyub və baş əyiblər.
Qeyd edək ki, prezident İlham Əliyev oktyabrın 17-də bir qrup məhkumun əfv olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncam ümumilikdə 84 nəfərə şamil edilib. Onların arasında “Nida” Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və hüquq müdafiəçisi Həsən Hüseynli də var.
Qaynar.info



