Xəbər lenti

Keçmiş OMON-çu 8 kiloqram marixuana ilə tutuldu - FOTOLAR
Ölkə13:40 11.03.2015

Keçmiş OMON-çu 8 kiloqram marixuana ilə tutuldu - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda külli miqdarda narkotik vasitə ilə tutulan şəxsin görüntüləri yayılıb. Bu barədə Report-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.
BŞBPİ Narkotiklə Mübarizə İdarəsinin əməkdaşlarının Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1966-cı il təvəllüdlü Qazax rayon sakini, əvvələr məhkum olunan Ceyhun Xanbaba oğlu Vəliyevin üzərindən dövriyyəsi qanunla qadağan olunan iki ədəd qutuda qablaşdırılan ümumi çəkisi 7,37 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsin VAZ 2107 markalı avtomobilinə keçirilən baxış zamanı əlavə olaraq ümumi çəkisi 8 kiloqram 10 qram qurudulmuş marixuana aşkarlanıb. C.Xanbabayev narkotik maddələri 7 min ABŞ dollarına tanımadığı İran vətəndaşından aldığını bildirib. Sonuncu dəfə dövlət əmlakını talama və dövlət çevrilişietməəyə cəhd etdiyinə görə, məhkum olunub.  2003-cü ildə azadlığa buraxılan C.Xanbabayev barəsində  BŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat araşdırma aparılır.
Qeyd edək ki, C.Xanbabayev əvvəllər Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) üzvü olub.
Qaynar.info