Xəbər lenti

Keçmiş polis əməkdaşları prezidentə şikayət etdi
Ölkə09:22 10.03.2016

Keçmiş polis əməkdaşları prezidentə şikayət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xaçmazda yaşayan iki keçmiş polis əməkdaşı prezident İlham Əliyevə müraciət ünvanlayıb. Qaynar.info həmin müraciəti təqdim edir:

"Cənab Prezident, biz təqaüddə olan polis nəfərləri, Xaçmaz rayonu Mürsəli-Qışlaq kənd sakini Dadaşov Səyavuş İbrahim oğlu və Xaçmaz rayonu Padar kənd sakini Kərimov Zaur Ərzuman oğlu yazıb Sizə bildirmək istəyirik ki, biz Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə polis alayının Xaçmaz rayonunda yerləşən 3-cü Bölüyündə 1998-ci ildən 2015-ci ilədək xidmət etmişik.

İşlədiymiz müddətdə əmək haqqlarının artım fərqinin və məzuniyyət dövründə ödənilməli olan kompensasiya və müalicə ilə əlaqədar DİO əməkdaşlarına ödənilməsi nəzərdə tutulmuş məbləğləri, həmçinin ayda 2-3 dəfə olmaqla Xaçmaz rayonunundan Bakı şəhərinə xidmətə göndərildiyimizə görə bizə verilməli olan ezamiyyət pullarını almamışıq. 

Amma elə polis nəfərləri var ki, hələ də işləmələrinə baxmayaraq, bu pullar onlara ödənilib. Cənab Prezident, biz Sizə və müxtəlif nazirliklərə dəfələrlə bu barədə məktub yazmışıq. Bizə BMİ-dən rəis müavini Sabir Quliyev cavab verib ki, 1998-ci ildən 2008-ci ilədək ödənilməli olan məzuniyyət kompensasiyalarını biz ödəməli deyilik. 2008-ci ildən 2015-ci ilədək olan kompensasiyaları və əmək haqqlarının artım fərqlərini ayda 100 AZN olmaqla ödəyəcəyik. Amma sentyabr ayından indiyədək cəmi iki dəfə 100 manat məbləğində ödəniş edilib. 

Cənab Prezident, bizim kimi onlarla narazı polis əməkdaşı var və onlar da dəfələrlə müxtəlif orqanlara yazılı şəkildə şikayət ediblər. Amma hər zaman Sabir Quliyevdən eyni cavabı alıblar. 

Cənab Prezident, Siz öz çıxışınızda qeyd etdiniz ki, mən çox məlumatları internet saytlarından oxuyuram. Biz də məcbur olub bu problenmizi ictimailləşdirdik ki, Sizin də bundan xəbəriniz olsun. Sizdən xahiş edirik ki, bu iş araşdırılsın və bizə pullarımızın alınmasında köməklik edilsin". 

Qaynar.info