Xəbər lenti

Keçmiş polis rəisinin arvadının məhkəməsində hakimlər arasında mübahisə
Ölkə16:22 29.09.2016

Keçmiş polis rəisinin arvadının məhkəməsində hakimlər arasında mübahisə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə verib.
Təqsirləndirilən L.Əkbərovanının vəkili Taleh İbrahimov vəsatətlə çıxış edərək jurnalistlərin iclas zalından çıxarılmasını istəyib. Vəsatətə növbəti prosesdə baxılacaq.
Zərəçəkmiş Nurməmmədov Məmmədov və Rayidə Məmmədova dindirilərkən ilkin ifadələrini təsdiqləyiblər.
Daha sonra zərərçəkmiş D.Məmmədov ifadə verən zaman hakim R.Salmanovun əməlində rüşvət faktının olduğunu deyib.
D.Məmmədov pul alınarkən sənədləşmə üçün zəruri xərclər olduğunu deyib və həmin məsələyə prokurorluqda hüquqi qiymət verildiyini vurğulayıb.
Bu zaman məhkəmə kollegiyasının üzvləri arasında mübahisə yaranıb. Digər hakim Mayıl Bayramov həmkarı R.Salmanovun sualına etiraz edib. O, R.Salmanova ittihamdan kənar sual verdiyini bildirib.
Məhkəmə prosesi oktyabrın 5-də davam etdiriləcək.
Qaynarinfo.Az