Xəbər lenti

Keçmiş polis zabiti həbsxanada ölüb – FOTO
Ölkə08:08 13.03.2017

Keçmiş polis zabiti həbsxanada ölüb – FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda məhkum vəfat edib.

"Qaynar" APA-ya istinadən xəbər verir ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alan 1957-ci il təvəllüdlü Məcid Balış oğlu Quliyev xəstəlikdən dünyasını dəyişib.

Keçmiş polis zabiti, mayor olan M.Quliyev 2013-cü ildə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qaynar.Az