Xəbər lenti

Keçmiş rəisin işində zərərçəkən kimi tanınan şəxs dələduzluqda ittiham edilir - 45 şikayətçi var
Ölkə14:06 12.03.2024

Keçmiş rəisin işində zərərçəkən kimi tanınan şəxs dələduzluqda ittiham edilir - 45 şikayətçi var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Abşeron Rayon İcra Hakimiyyətinin tikinti şöbəsinin keçmiş rəisi Seymur Məmmədovun cinayət işində zərərçəkən qismində tanınan Elmir Şəmiyev dələduzluqda ittiham edilir. 
Qaynarinfo xəbər verir ki, ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. 
Cinayət işi üzrə ibtidai istintaq artıq yekunlaşıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 
Martın 19-na iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Eldar İsmayılovun sədrliyi ilə keçiriləcək. 
178.3.2-ci maddədə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 
Elmir Şəmiyevin cinayət işi üzrə 45 nəfər zərərçəkən qismində tanınıb. 
Dəymiş zərərin məbləği barədə dəqiq bilgi yoxdur. 
Seyid