Xəbər lenti

Keçmiş rəisin oğlu qəza törətdi: 2 ölü, 6 yaralı
Ölkə19:21 12.04.2015

Keçmiş rəisin oğlu qəza törətdi: 2 ölü, 6 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lənkəran-Astara yolunun üstündə yerləşən "Şah sarayı" restoranının qarşısında ağır qəza baş verib. 
Hadisə şahidlərinin arqument.az-a verdiyi məlumata görə, "Mercedes" markalı avtomobillə "VAZ 2106" markalı avtomobilin toqquşması nəticəsində 8 nəfər yaralanıb. 
Hadisə yerinə təcili tibbi yardım çağırılıb, ancaq 2 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Digər 6 nəfər şəxsin isə vəziyyəti ağırdır. 
Verilən məlumata görə, qəzaya səbəb olan "Mercedes" markalı avtomobilin sürücüsü Astara rayonunun keçmiş polis rəisinin oğludur. 
Qaynar.info