Sabunçu Tibb Mərkəzinin keçmiş şöbə müdiri İlqar Qaracayevin cinayət işinin ibtidai istintaqı bitib.
Qaynarinfo xəbər verir ki, iş baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İş hakim Rafiq Abbasovun icraatındadır.
Əldə etdiyimiz məlumata görə, artıq iş üzrə iki məhkəmə baxış iclası keçirilib. Növbəti iclas noyabrın 6-na təyin edilib.
İlqar Qaracayev bu ilin iyulunda saxlanılıb. Baş Prokurorluğunu yaydığı məlumatda deyilir ki, İlqar Qaracayev Sabunçu Tibb Mərkəzində şöbə müdiri vəzifəsində işləyərkən hərbi xidmətə yararlı olan ayrı-ayrı çağırışçıların hərbi xidmətə yararsız hesab edilmələri barədə saxta tibbi rəylərin verilməsi müqabilində onlardan 18 min manatdan artıq məbləğində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış ilkin sübutlar əsasında İlqar Qaracayevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən istifadə etmə), 311.3.2 (təkrar rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilərək səhhəti və yaşı nəzərə alınmaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.
Seyid