Külli miqdarda dələduzluqda ittiham edilən keçmiş vəkil Ruhid Əkbərovun cəzası ağırlaşdırılıb.
Qaynarinfo-nun məlumatına görə, 1982-ci ildə Quba rayonunda anadan olmuş Ruhid Əkbərova Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi açılıb və məhkəmədə baxılıb.
Məlum olub ki, təqsirləndirilən şəxs Mayis Alışanov adlı zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla dələduzluq edib. O, Mayisin qızı Arzu Alışanovaya məxsus həyət evinin sənədləşdirilməsi ilə bağlı zərərçəkmişdən ümumilikdə 12.200 manat məbləğində pul alaraq mənimsəyib.
Belə ki, vəkillik fəaliyyətinə xitam verildikdən sonra Ruhid Əkbərov zərərçəkmiş şəxsin Bakı şəhəri, Xətai rayonu, Zıg şossesi 22 F ünvanında yerləşən fərdi evini adına rəsmiləşdirmək üçün kömək edəyəcəyinə söz verib. Bu məqsədlə Mayis Alışanovdan pul alıb.
Məhkəmə cinayət işi üzrə Ruhid Əkbərova hökm oxuyub. Hökmə əsasən, onun mövcud olan 6 il 6 ay həbs cəzası ağırlaşdırılaraq 7 il 2 ay edilib.
Xatıradaq ki, 13 saylı Vəkil Bürosunun vəkili olmuş Əkbərov Ruhid Rəşid oğlu 2021-ci ildə iki nəfərə qarşı 50 min manatlıq dələduzluq ittihamı ilə 3 il müddətinə həbs edilib. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən keçmiş vəkil həbsdə olarkən məhkum yoldaşından işini həll etmək adı ilə 53 min manat pul alaraq yenidən dələduzluq etməkdə ittiham olunub. Ötən il onun həbs cəzası 6 il 6 aya qaldırılıb.
Aydın
Şərhlər