Xəbər lenti

Kəlbəcər dağlarında qonur ayı görüntüləndi (VİDEO)
Video 10:49 01.05.2026

Kəlbəcər dağlarında qonur ayı görüntüləndi (VİDEO)

Kəlbəcər rayonunun Zülfüqarlı kəndi ərazisində qonur ayı görüntülənib.

Qaynarinfo-nun məlumatına görə, bu barədə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, qonur ayı Kəlbəcər dağlıq ərazilərində geniş yayılan və tez-tez rast gəlinən vəhşi heyvan növlərindən biridir.

Qeyd olunur ki, bu növ əsasən sıx meşə massivlərində və yüksək dağlıq zonalarda yaşayır, eyni zamanda Tutqunçay və Tərtərçay hövzələrində də müşahidə edilir.
--> -->