Xəbər lenti

Kəlbəcər girovu: "Anam üçün çox darıxmışam"
Ölkə16:35 15.02.2016

Kəlbəcər girovu: "Anam üçün çox darıxmışam"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin göndərdiyi məktub Qırmızı Xaç Komitəsinin nümayəndələri tərəfindən ailəsinə verilib. Bu barədə anspress-ə girovun bacısı İradə Quliyeva məlumat verib. 
Onun sözlərinə görə, Şahbaz məktubda vəziyyətinin yaxşı olduğunu yazıb: "Məktubda yazıb ki, hər şey yaxşıdır. Məndən narahat olmayın. Heç nə göndərməyin. Anam üçün çox darıxmışam”.
İradə Quliyevanın sözlərinə görə, Qırmızı Xaç Komitəsinin nümayəndələri ona qardaşının şəklini göstəriblər: “Məhkəmədə necə idisə, indi də elə o vəziyyətdədir. Nə arıqlayıb, nə də kökəlib. Mən də Şahbaza öz şəkillərimizi göndərmişəm. 3-4 cümləlik bir məktubdur. Qızı ilə də məktublaşır”.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara fevralın 3-də baş çəkiblər. Komitə nümayəndələri Şahbaz Quliyev ilə bərabər Dilqəm Əsgərova da məktub gətirmişdilər.
Qaynar.info