Xəbər lenti

Kəlbəcərdə həlak olanların nəşi ailə üzvlərinə təhvil verildi (FOTO)
Ölkə17:59 04.06.2021

Kəlbəcərdə həlak olanların nəşi ailə üzvlərinə təhvil verildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kəlbəcərdə minaya düşərək həlak olan Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun və Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin nəşi yaxınlarına təhvil verib.
APA-nın yerli bürosunun məlumatına görə, onların nəşi müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə gətirilmişdi.
Onların sabah torpağa tapşırılacağı ehtimal olunur.