Xəbər lenti

Ölkə 09:05 12.04.2024

Kəlbəcərdə yük maşını çaya aşıb, ölənlər var (FOTO)

Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Comərt kəndində qeydə alınıb.

Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazov "Howo” markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə avtomobilin sürücüsü və sərnişin 1998-ci il təvəllüdlü Bəhrəm Sadıqov hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?