Xəbər lenti

Kəlbəcərin işğalı ilə bağlı yeni şok görüntülər yayıldı - VİDEO
Ölkə09:20 01.08.2013

Kəlbəcərin işğalı ilə bağlı yeni şok görüntülər yayıldı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İnternetdə ermənilərin Kəlbəcəri işğal etmələri ilə bağlı yeni video yayılıb.

Qaynar.info xəbər verir ki, videogörüntüdə 1 aprel 1993-cü ildə Kəlbəcər rayon mərkəzinə girən erməni silahlı dəstələri, İstisu istiqamətində irəliləyəcəklərindən danışırlar. 

Şəhərdə hələ də mülki azərbacanlılar var. Videogörüntüdə 4 nəfər azərbaycanlı mülki şəxsin əsir düşdüyü anlaşılır. Onlardan birinin dediyinə görə valideynləri ondan xəbərsiz gedib, özünün də olanlardan xəbəri yoxmuş. 

O bildirib ki, binədə mal-qara saxlayan çobandır və camaatın köçüb-getməsindən xəbər tutmayıb. 

Videogörüntüdə ermənilərin azərbaycanlı əsirləri söyüb təhqir etdiyi də aydın şəkildə anlaşılır. 

Video həmin tarixdə erməni silahlılarıyla birlikdə Qarabağda olan Türkiyə ermənisi Sarkis Hatspaniyan tərəfindən qeydə alınıb. Video "Neo Dədə Qorqud" Fikir Yayım bloqu tərəfindən tərcümə edilib.

Qaynar.info