Xəbər lenti

“Kəlbəcərli girovları güllələmək lazımdır” – erməni terrorçusu
Ölkə11:59 01.11.2014

“Kəlbəcərli girovları güllələmək lazımdır” – erməni terrorçusu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Yerkrapa” könüllülər birliyinin başçısı, keçmiş terrorçu və cani, hazırda isə deputat olan Manvel Qriqoryan hesab edir ki, “Arsax ərazisinə qanunsuz keçmiş” kəlbəcərli girovlar – Dilqəm Əsgərov və Şahbaz Quliyevi hərbi dövrün qanunları ilə mühakimə eləmək, yəni güllələmək lazımdır. Musavat.com-un məlumatına görə, bu barədə o, jurnalistlərə açıqlamasında deyib. 
“Mən dəfələrlə bəyan eləmişəm ki, onları mühakimə etməyə ehtiyac yoxdur, güllələmək – vəssalam. Onlar yeniyetməni öldürüblər, sərhədi casusluq niyyəti ilə keçiblər, hansı məhkəmədən söhbət gedir. Onları saxlanılan zaman öldürmək lazım idi ki, iş məhkəməyə gedib çıxmasın”, - bildirib keçmiş banda başçısı. 
Ermənistanın müdafiə naziri Seyran Ohanyan isə “məhkəmə prosesi”nin beynəlxalq normalara uyğun keçdiyini və “Arsaxın demokratik ölkə kimi mövcud olduğunu təsdiqlədiyini” iddia edib. 
Qaynar.info