Qondarma "DQR"in “ali məhkəməsinin apelyasiya palatası” ötən ilin yayında girov götürülərək qanunsuz mühakimə edilmiş soydaşlarımız - Dilqəm Əsgərov və Şahbaz Quliyevin “şikayəti”nə baxacaq. Musavat.com erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Şahbaz Quliyevin “vəkili” Arkadi İsraelyan bildirib.
“Məhkəmə” iclası mayın 27-ə təyin edilib. Bundan öncə - martın 10-da “DQR”in saxta apelyasiya məhkəməsi soydaşlarımız haqda çıxarılmış hökmü qüvvədə saxlamışdı.
Xatırladaq ki, separatçı rejim Şahbaz Quliyevi 22 illiyə, Dilqəm Əsgərovu isə ömürlük həbs cəzasına məhkum edib.
Qaynar.info