Xəbər lenti

Kəmalə Onur "Real FM" radiosuna direktor təyin edildi
Ölkə15:01 12.03.2022

Kəmalə Onur "Real FM" radiosuna direktor təyin edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış jurnalist Kəmalə Onur "Real FM" radiosuna direktor təyin edilib.
Qaynarinfo xəbər ki, bu barədə o, "Facebook" səhifəsində paylaşım edib.
Jurnalist, həmçinin gələn həftədən etibarən REAL TV-də "Redaktor" verilişinin aparıcısı olaraq efirə çıxacağını bildirib.
Qeyd edək ki, bir sıra radiolarda aparıcı olan Kəmalə Onur, eyni zamanda, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində baş mütəxəssisdir.
Xatırladaq ki, Audiovizual Şura ötən gün ümumrespublika radio kanalının (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107,0 MHz tezliyi) açılması üçün 17 yanvar 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək elan olunmuş müsabiqənin nəticəsini açıqlayıb. Müsabiqənin qalibi "Real Təhlil İnformasiya Mərkəzi” MMC (radio kanalın adı: Real FM) olub.