
Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi həyata keçirilib.
AzNews.az-a daxil olan məlumata görə, nazirlik yarandığı vaxtdan qurumun mətbuat xidmətinin rəhbəri olan Tural Müseyibov vəzifəsindən çıxarılıb. Onun yerinə isə İTV direktorunun sabiq müavini Oqtay Bayramov təyin edilib.
Xatırladaq ki, uzun illər “AzərTAc”da müxtəlif vəzifələrdə çalışan Oqtay Bayramov bir müddət İctimai Televiziya və Radio Yayımları (İTV) Şirkətinin sədr müavini postunu tutub. İTV-nin yeni rəhbərliyi ilə aralarında yaranan anlaşılmazlıq səbəbindən isə telekanaldan uzaqlaşıb.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin bu gün işdən çıxarılan rəhbəri Tural Müseyibov yeni vəzifəyə təyinat alıb.
AzNews.az-a daxil olan məlumata görə, nazir Kəmaləddin Heydərovun əmri ilə T. Müseyibova FHN-nin Muğan Regional Mərkəzinin rəis müavini postu həvalə edilib.
Xatırladaq ki, Tural Müseyibov Azərbaycan mediasında müxtəlif qurumlarda çalışıb. FHN yarandığı ilk günlərdən bu qurumda media ilə əlaqələrdən məsul olub. O, uzun illər nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyib.
Qaynar.info