Xəbər lenti

Kəmaləddin Heydərov rusiyalı həmkarının vida mərasimində (FOTO)
Ölkə15:51 10.09.2021

Kəmaləddin Heydərov rusiyalı həmkarının vida mərasimində (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri, ordu generalı Yevgeni Ziniçevlə vida mərasimi olub.
Fövqəladə Hallar Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, mərasim sentyabrın 10-da Moskva şəhərində yerləşən Böhran Vəziyyətlərində Milli İdarəetmə Mərkəzinin inzibati binasında keçirilib.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mərasimdə iştirak edib, mərhumun xatirəsinə ehtiramını bildirib.