
48 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Zaqatala rayonunda vətəndaşları qəbul edib.
FHN-nin məlumatına görə, nazirliyin şimal-qərb regional mərkəzinin əhatə etdiyi görüşdə Zaqatala, Qəbələ, Şəki, Balakən, Qax, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinləri iştirak ediblər. Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 48 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, baş vermiş zəlzələ ilə bağlı 700-dən artıq vətəndaş nazir müavinləri və aidiyyəti qurum rəhbərliyi, kadr məsələləri ilə bağlı 125, digər məsələlərlə bağlı müraciət etmiş 35 vətəndaş nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.
Qaynar.info