Xəbər lenti

Kəmaləddin Heydərovdan Pakistana yardım təklifi
Ölkə13:27 26.09.2013

Kəmaləddin Heydərovdan Pakistana yardım təklifi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səfir isə səmimi qəbula görə təşəkkürünü bildirib 

Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli  səfiri cənab İkramullah Mehsudu qəbul edib. 

Qaynar.info nazirliyin saytına istinadən xəbər verir ki, görüş zamanı nazir qonağa respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər və nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib. 

Həmçinin, hər iki ölkədə təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması və nəticələrinin birgə aradan qaldırılması üçün müvafiq qurumlar arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti səfirin diqqətinə çatdırılıb. 

Nazir Pakistanın Bəluçistan əyaləti yaxınlığında baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı səfir İkramullah Mehsuda başsağlığı vermiş və zəlzələdən zərər çəkmiş bölgələrdə axtarış-xilasetmə işlərinin aparılması və digər yardımların göstərilməsini təklif edib. 

Səfir də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib və Fövqəladə Hallar Nazirliyi tərəfindən yardımın göstərilməsi təklifini yüksək qiymətləndirib. Səfir, həmçinin, hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulayıb. 

Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qaynar.info