Xəbər lenti

Kəmaləddin Heydərovun xanımı imzalanma mərasimində - FOTOLAR
Ölkə06:15 02.10.2014

Kəmaləddin Heydərovun xanımı imzalanma mərasimində - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası ilə Koreya Fondu arasında Mədəni Əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. 

Qaynar.info APA-ya istinadən xəbər verir ki, tədbirdə Koreyanın Azərbaycandakı səfiri Çoi Suk-in də iştirak edib.

Mərasimdə çıxış edən SEBA-nın prezidenti Ruhəngiz Heydərova Azərbaycan Koreya əlaqələrinin günü-gündən inkişaf etdiyini bildirib. R. Heydərova Koreya və Azərbaycan arasında əlaqələrin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb. O, 2004-cü ildən qeyri-hökumət təşkilatı kimi fəaliyyətə başlayan SEBA-nın  Azərbaycan və Koreya arasında mədəni əlaqələrin inkişafında yaxından iştirak etdiyini deyib. Qeyd olunub ki, assosiasiya tərəfindən keçirilmiş mədəniyyət və kino günləri, sərgi, konsert, elmi simpoziumlar, aztəminatlı, məcburi köçkün və qaçqın ailələri üçün ictimai tibbi xidmətin təşkili, arxeoloji qazıntıların aparılması, eləcə də Şərq Təbabət Klinikasının açılışı bunun bariz nümunəsidir. R. Heydərova deyib ki, SEBA-nın fəaliyyəti müxtəlif dövrlərdə həm Koreyanın Bakıdakı səfirliyi, həm də Azərbaycanın Seuldakı səfirliyi tərəfindən dəstəklənib. O, bu memorandumun iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynayacağına inandığını söyləyib.

Daha sonra SEBA və Koreya Fondu arasında Memorandum imzalanıb. Qeyd edək ki, Ruhəngiz Heydərova Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşıdır.

Qaynar.info