
Tanınmış rejissor Kənan M.M instagram səhifəsində Azərbaycanın daxili işlər naziri Ramil Usubovla fotosunu paylaşıb.
Qaynar.info AzNews.az-a istinadən xəbər verir ki, foto qısa müddət ərzində sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub.
Rejissor isə fotonu belə şərh edib: "Əyə bilmədiyin biləklə dost ol".
Qeyd edək ki, bu günlərdə Ramil Usubovun daxili işlər naziri vəzifəsinə təyin olunmağının 20 ili tamam olub.
Qaynar.info

