Müğənni Vüqar Muradovla həbs olunan rejissor Kənan Mahmudovun “razborka”sının səbəbləri məlum olub.
“Qafqazinfo” xəbər verir ki, müğənni ilə rejossor arasındakı münaqişənin təməli hələ ötən ay “ATV”də yayımlanan və məşhurların qatıldığı “Ulduzların yarışı” teleşousundan başlayıb. Belə ki, yarışmada bu ikili finala vəsiqə qazanmışdılar. Gərgin keçən raundun sonunda isə V.Muradov qalib olub və 20 min manatı əldə etmişdi. Həmin döyüşdə Kənan M.M-in qolu 2 dəfə çıxmış və həkimlər oyunu davam etdirməsinə qadağa qoymuşdular.