Xəbər lenti

Kəndlər boşalır, statistika isə fərqli rəqəmlər göstərir - Səbəblər
Ölkə07:00 18.05.2023

Kəndlər boşalır, statistika isə fərqli rəqəmlər göstərir - Səbəblər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hazırda Bakıda 3 milyon insan yaşayır. Bəzi məlumatlara görə, bu rəqəm daha böyükdür”. 
Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu şəhər və kəndə yaşayan əhalinin sayı ilə bağlı statistikadan danışarkən deyib. 
Onun sözlərinə görə, əhalinin böyük əksəriyyətinin qeydiyyatı doğulduğu rayonlarınadır:
"Statistika Komitəsi kimin harada qeydiyyatda olması ilə bağlı araşdırma aparıb. Məsələn, mənim qardaşlarım Xırdalanda, Masazırda yaşayır, amma onların hamısı Babək rayonunda qeydiyyatdadır. Belə vətəndaşlar Babək rayonun əhalisi kimi qeyd olunur. Onlar daimi qeydiyyatdan çıxmadan Bakıda yaşayıb-işləyirlər”.
Əhməd Qəşəmoğlu deyir ki, indiki şərait onların rayonda daimi qeydiyyatda ola-ola Bakıda yaşayıb-işləməsinə imkan verir:
"Onların əksəriyyətinin rayonda mülkləri var, bunun üçün də qeydiyyatdan çıxmaq istəmirlər. Ona görə hesab edirəm ki, bu statistika dəqiqdir, amma reallığı əks etdirmir. Çünkü əhalinin əksəriyyətinin öz kəndində daimi qeydiyyatda olduğu halda Bakıda yaşayır”. 
Qeyd edək ki, Dövlət Statistika Komitəsi əhalinin sayı ilə bağlı açıqlama yayıb. 2023-cü il avqust ayının 1-nə olan məlumata görə, şəhərdə yaşayanlar- 54,6 faiz, kənddə yaşayanlar- 45,4 faiz təşkil edir. 
Bahar Rüstəmli