Xəbər lenti

Kəndlərimiz artilleriya atəşinə tutuldu - Yaralılar var
Ölkə22:10 02.04.2016

Kəndlərimiz artilleriya atəşinə tutuldu - Yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttindəki Seyidimli kəndini artilleriya atəşinə tutması nəticəsində kənd sakinlərindən iki nəfər yaralanıb. 
Qaynar.info-nun APA-ya istinadən məlumatına görə, ermənilərin atdığı mərmilərdən biri kənd sakini Sahib Vəliyevin evinə düşüb.
Nəticədə 1951-ci il təvəllüdlü S. Vəliyev və onun nəvəsi, 2003-cü il təvəllüdlü Vəlizadə Sənan Saleh oğlu yaralanıb. 
Yaralılar Tərtər Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan APA-ya yaralıların daxil olması faktı təsdiqlənib.
Qaynar.info