Xəbər lenti

“KİA Azərbaycan” satış mərkəzlərini bağladı
Ölkə15:00 11.08.2015

“KİA Azərbaycan” satış mərkəzlərini bağladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avtomobillərin bahalaşması və kredit şərtlərinin sərtləşdirilməsi nəticəsində avtomobillərin təkrar bazarda satışı 55%, yeni avtomobillərin satışı isə 80%-ə yaxın azalıb. 
Bunu “KİA Motors Azərbaycan” şirkətinin icraçı direktoru Zəka Əlibəyov bildirib. Şirkət rəsmisi fins.az-a deyib ki, satışların azalması səbəbindən “KİA Motors” bəzi satış mərkəzlərini bağlamalı olub.
“Bu proses davam edəcək. İlin sonuna kimi 2-3 satış mərkəzi bağlanacaq.
Satışlar azaldığı üçün Badamdar,  AMAY Ticarət Mərkəzinin yaxınlığında və Masallıdakı rəsmi dillerlərimiz bağlanıb. Bu normal haldır ki, satışlar azalanda xərcləri ödəyə bilmədiyi üçün dillerlər bağlanır”, - deyə Z.Əlibəyov vurğulayıb.
Qaynar.info