Dünya 10:26 17.03.2023

Kılıçdaroğlu hakimiyyətə gələrsə... - Müşaviri Çeviköz "Politoco"ya müsahibə verdi

Türkiyə müxalifəti əmindir ki, onun namizədi Kamal Kılıçdaroğlu hakimiyyətə gələrsə, ölkənin Aİ-yə daxil olması ilə bağlı danışıqları dondurmaq mümkün olacaq. 

Qaynarinfo xəbər verir ki, bunu "Politico” qəzetinə müsahibəsində Kılıçdaroğlunun xarici siyasət üzrə müşaviri Ünal Çeviköz deyib.
 
Onun sözlərinə görə, müxalifət hakimiyyətə gələcəyi təqdirdə daxili siyasətdə normallaşma prosesinə başlamağı planlaşdırır ki, bu da "müttəfiqlər və bütün Avropa ölkələri tərəfindən Türkiyənin mövqeyinə dair təsəvvürləri ciddi şəkildə dəyişəcək”.

Ənənəvi olaraq Türkiyənin Aİ-yə daxil olmasına qarşı çıxan Fransa və Avstriyanın mövqeyinə toxunan Çeviköz qeyd edib ki, Ərdoğanın Avropa ilə "qarşıdurmasına” son qoymaq üçün diplomatik prosesi bərpa etmək vacibdir.

"Bu, Türkiyənin dərhal Aİ-yə üzv olacağı anlamına gəlmir, bu, bir prosesdir və vacibdir. Biz istəyirik ki, ölkəmiz demokratik və sivil xalqlar birliyinin üzvü olsun", - namizədin müşaviri bildirib.

O, həmçinin qeyd edib ki, müxalifət İsveç və Finlandiyanın NATO-ya daxil olmasına qarşı çıxmaq niyyətində deyil. Onun sözlərinə görə, bu ölkələrin alyansa üzv olması "NATO-nun təhlükəsizliyini gücləndirəcək”.

Çeviközün fikrincə, Türkiyə Kılıçdaroğlunun liderliyi ilə onun qələbə qazanacağı təqdirdə Rusiya Federasiyası ilə Ukrayna arasında, o cümlədən "taxıl” sövdələşməsinin həyata keçirilməsində vasitəçi olmağa davam edəcək.

"Rusiya Federasiyası ilə münasibətlərimizdə Türkiyənin NATO-nun üzvü olduğunu xatırladacağıq, münasibətləri mütləq bərabərhüquqlu şəkildə hədəfləyəcəyik", - Çeviköz bildirib.

Yunanıstanla münasibətlərdən danışan müşavir qeyd edib ki, Afinanın Türkiyədəki zəlzələyə reaksiyası "münasibətlərdə yeni mühit yaratmaq imkanı verib”.
Hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın mayın 14-də keçiriləcək seçkilərdə rəqibi olan "Cümhuriyyət Alyansı”ndan vahid namizəd müxalif "Xalq Alyansı”nın vahid namizədi, Xalq Cümhuriyyət Partiyasının lideri Kamal Kılıçdaroğludur. Seçkiqabağı sorğuların nəticələri hələ qarşıdan gələn seçkilərin favoritini açıqlamayıb, lakin ekspertlər qeyd edirlər ki, hazırkı seçki prosesi 49 mindən çox insanın həyatına son qoyan dağıdıcı zəlzələlərə, eləcə də çətin iqtisadi vəziyyətə görə hakim partiya üçün çox çətin proses olacaq.

Alpər