Xəbər lenti

Kişi arvadını bıçaqladı - Bakıda
Ölkə18:46 25.07.2016

Kişi arvadını bıçaqladı - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Xəzər rayonunda bıçaqlanma olub.
Hadisə rayonun Şüvəlan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Fərhad Hüseynov həyat yoldaşı, 1971-cı il təvəllüdlü Rəna Hüseynovanı bıçaqlayıb. Rəna Hüseynova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 

Onun həyatını xilas etmək mümkün olub. Hadisə ailə münaqişəsi zəminində baş verib.

Hadisəni törədən Fərhad Hüseynov həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.(Teleqraf.com)

Qaynarinfo.Az