"İntihar edənlərin əksəriyyəti kişilərdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında "Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova 2023-cü ildə intihar statistikasından danışarkən deyib.
Sədr intihar səbəblərinin müxtəlif olduğunu qeyd edib:
"Qadınlar kişilərə nisbətdə azlıq təşkil edir. Qadınları intihara aparan səbəblərin kökündə zorakılıq faktoru ilə psixoloji gərginlik dayanır. Gənc qızlarda zorlanma hadisələri olur. Onlar bunu hər kəsədn gizlətmək üçün intihara əl atırlar. Son vaxtlar intihar edənlər arasında təhsildə uğur qazana bilməyənlər də dayanır. Onlar ali məktəbə daxil ola bilməyəndə bu yola əl atırlar. Kişilərin isə intihar etməsinə səbəb borc faktorudur. Elə kişilər var ki, onlar ətraflarında qəbul olunmurlar, hörmət edilmirlər. Bu da onlara psixoloji təsir edir, vaxtında kimdənsə dəstək ala bilmirlər. Onlar problemlərini kiminləsə müzakirə etməz, özləri ilə baş-başa qalırlar”.
Mehriban Zeynalova hesab edib ki, intihar hallarının hər birinin kökündə sosial problemlər dayanır:
"Bütün dünyada intiharla bağlı qaynar xətt var. Ola bilər ki, onlar üçün qaynar xətt olsun. Yaxud da dəstək mərkəzləri olsun ki, onlar gedib öz dərdlərini kiməsə danışa bilsinlər”.
Qeyd edək ki, 2023-cü ildə ölkədə 620 intihar hadisəsi olub. Onlardan 180-ı Bakıda, 440-ı isə bölgələrdə baş verib. 2022-ci ildə isə ölkədə 609 intihar hadisəsi olub.
Bahar Rüstəmli
Şərhlər