Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu teleradio sahəsində çalışan jurnalistlərin peşə və ixtisaslarının artırılması ilə bağlı tender keçirib.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi "RR TRAVEL COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Məbləği 71 min 320 manat olan tender xarici mütəxəsislərin iştirakı ilə bağlı təlim xərclərini ödəmək məqsədi daşıyıb.
Xərclərə 150 ədəd KİVDF logolu qələm, 150 nəfərlik nahar yeməyi, 15 müvafiq məkan (kiçik zallar), yol xərci (aviabilet) 8 nəfər, transfer (gediş-dönüş) 2 dəfə, banner (taxta karkas 40kv) x 10kv.m, nəqliyyat xərci (Sprinter) 5 gün, qonaqlama xərci (Mehmanxana) 8 nəfər x 6 gün, 150 KİVDF logolu blaknot, 150 kağız çanta logolu, iştirakçılar üçün sertifikatlar və qovluq, Coffee-break, 150 ədəd yaddaş kartı (8 GB), TV Sufler, Roll UP, yaxa kartları, vinil çapı, şam yeməyi və ziyafət daxildir.