Xəbər lenti

Kiyevdə piyadanı öldürən azərbaycanlı həbs edildi (FOTO/VİDEO)
Ölkə10:44 21.02.2021

Kiyevdə piyadanı öldürən azərbaycanlı həbs edildi (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cari ilin fevralın 20-də Ukraynanın paytaxtı Kiyevdə piyadanı öldürən azərbaycanlının kimliyi və hadisənin təfərrüatı məlum olub.
Ukraynada azərbaycanlıların "Analitika və İnformasiya Platforması" təşkilatının sədri, hüquqşünas Qulu İbrahimov "Report"a bildirib ki, bu, 1992-ci il təvəllüdlü, Azərbaycan vətəndaşı Əzizli Abdulla Əziz oğludur.
Kiyevin Peçersk rayon polisi artıq 1969-cu il təvəllüdlü ukraynalının ölümündə şübhəli bilinən həmyerlimizi saxlayıb. Rayon məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Qeyd edək ki, hadisəyə səbəb olaraq azərbaycanlının avtomobili idarə edərkən piyada keçidinə çox yaxınlaşması və piyadanın buna təhqirlə reaksiya verməsi olub.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/-EZlATL8jFQ" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">