Xəbər lenti

Kiyevlə Moskva arasında danışıqlarda səsləndirilən pozitiv siqnallar... (ŞƏRH)
13:14 01.03.2022

Kiyevlə Moskva arasında danışıqlarda səsləndirilən pozitiv siqnallar... (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hər iki tərəf vaxtın onlara işlədiyini zənn edir”. 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Ukrayna ilə Rusiya təmsilçiləri arasında baş tutan danışıqlar fonunda tərəflərin bəzi pozitiv siqnallar olduğu barədə məlumatlarına münasibət bildirərkən deyib: 
"Putin Makronla son telefon danışığında 3 əsas təklifini səsləndirdi. Maraqlısı odur ki, bu təkliflərdə yeni tanınan separatçı rejimlərin tanınması məsələsi yoxdur. Yalnız Krımın Rusiya ərazisi kimi tanınması, silahsızlaşdırma və neytral status kimi məsələlər var. Tərəflər hələ ki, öz məqsədlərinə çatmaq üçün yetərincə qüvvələrinin olduğunu düşünür. Digər tərəfdən, hər iki tərəf məqsədlərinə çatmayıb. Rusiya tərəfi qısa müddət ərzində iri şəhərlərə nəzarəti ələ keçirə bilməyib. Ona görə də Moskva iri şəhərlərə raket zərbələrini miqyas və say baxımından daha da artırıb. Ukrayna isə bəzi ərazilərini itirib, amma Qərbdən böyük dəstək də alır”. 
 
Həmsöhbətimiz görüşdən sonra proses barədə səslənən pozitiv siqnaların Kiyev və Moskva üçün nələr ola biləcəyinə də aydınlıq gətirdi: 
"Dünənki görüşdə hər hansı bir irəliləyiş gözə dəymədi. Bununla belə, hər iki tərəf pozitiv siqnalların olduğunu da söyləyir. Ola bilsin, Kiyev üçün pozitiv siqnal Moskvanın Ukrayna prezidenti kimi Zelenskini tanımasıdır, onunla danışıqlar aparmasıdır. Kiyev üçün bu, pozitiv siqnaldır. Moskva üçün pozitiv siqnal isə böyük ehtimalla planların dəyişməsidir. Öncə Kreml bütün Ukraynanı işğal edib, hakimiyyəti dəyişməkdə qərarlı idisə, indi bu ölkənin şərq vilayətlərini, dənişə çıxışı olan ərazilərini işğal edib, orada tamamilə yeni dövlətin yaranmasını planlaşdıra bilərlər. Yəni görünən Ukraynanın parçalanmasıdır”. 
Rüfət Sultan

Oxşar xəbərlər