Siyasət 16:11 06.06.2023

Klaar Bakıya hansı mesajlarla gəlir? (ŞƏRH)

"Klaarın bu səfəri sülh prosesində razılaşdırılmayan məsələlərdə konsensus əldə edilməsinə yönəlib”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın gələn həftə Azərbaycana olacaq səfərini şərh edərkən deyib.

Polotoloq bildirib ki, Toivo Klaarın bölgəmizə gəlməsinin ziyanı yoxdur. Çünki o, Avropa Birliyi xəttilə Azərbaycanla Ermənistan arasında sülh yaratma prosesinə töhfə verən adamlardan biridir.

"Güman edirəm ki, Brüssel prosesi sürətləndikcə, xüsusən də Rusiyanın sülhyaratma təşəbbüsləri iflasa uğradıqdan sonra, həm ABŞ, həm də Avropa təşəbbüslərini xeyli artıracaq. İstisna etmirəm ki, Klaarın bu səfəri bölgədə sülhyaratma prosesi yolunda hələ də konsensus əldə edilməyən məsələlərin razılşadırılmasına töhfə verə bilər. Bu fonda da onun səfərinin sırf sülhyaratma məqsədilə bağlı olduğunu düşünürəm”. 

Qeyd edək ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək. Aİ-nin xüsusi nümayəndəsinin ofisindən verilən məlumatda deyilir ki, bu həftə Avropa İttifaqının xüsusi nümayəndəsi cənab Klaarın Ermənistan və Azərbaycana səfəri gözlənilir. Bakı üçün dəqiq tarix hələ təsdiqlənməyib, lakin bu səfər İrəvan səfərindən sonra baş tutacaq. 

Rüfət Sultan