ABŞ-ın sabiq xarici işlər naziri Hillari Klintonun müəllifi olduğu kitaba qadağa qoyulub.
Anspress-in məlumatına görə, xanım Klintonun keçən həftə işıq üzü görən “Hard Choices” (Çətin seçimlər) adlı kitabının Çində satışına icazə verilməyib.
Klintonun xarici işlər naziri olduğu dövrlərin qələmə alındığı 656 səhifəlik kitabda tənqidlərə də geniş yer ayrılıb. Klinton kitabın bir hissəsində Çin hökumətini tənqid edib. Məhz bu səbədən kitabın Çində satışına qadağa qoyulduğu bildirilir
Qaynar.info