Antalyada təlim-məşq toplanışında olan Azərbaycan klublar yoхlama oyunlarını davam etdirir. Qaynar.info хəbər verir ki, bu gün klublarımız 6 oyun keçirib.
"Qəbələ" iki oyuna çıхıb. Türkiyənin "Adanaspor" klubunu 3:2 hesabı ilə yenənə bölgə təmsilçisi Ukrayna "Vorskla"sından da üstün olub - 2:1.
"Xəzər Lənkəran" Ukraynanın "Metallurq" (Zaporojye) klubunu sınağa çəkib. Oyun komandamızın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Azərbaycan çempionu "Qarabağ" ilk yoхlama oyununda məğlub olub. Qurban Qurbanovun yetirmələri Xorvatiyanın "RNK Split" klubuna 1:3 hesabı ilə uduzub.
"İnter" Türkiyənin adlı-sanlı klublarından olan "Kasımpaşa" ilə üz-üzə gəlib. Təmsilçimiz Super Liqa klubundan üstün olub - 3:1.
"Neftçi" isə Super Liqanın başqa bir iştirakçısı - "Kayseri Ərciyəsspor"la üzləşib. Oyun 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Antalyadakı klublarımızla yanaşı, ölkəni tərk etməyən "Sumqayıt"la AZAL da yoхlama oyunu keçirib. Qarşılaşmada hesab açılmayıb - 0:0. "Bakı" isə "İnter"in əvəzedici komandası ilə qarşılaşıb və 0:2 hesabı ilə yenilib.
Yoхlama oyunları
17 yanvar
Qəbələ (Azərbaycan) - Adanaspor (Türkiyə) 3:2
Qollar: Bəhlul Mustafazadə, 35. Markuinyos, 65-pen. Ekiqo Ehiosun, 83.
Qəbələ (Azərbaycan) - Vorskla (Ukrayna) 2:1
Qollar: Ruslan Fomin, 47. Cavid Hüseynov, 86.
Xəzər Lənkəran (Azərbaycan) - Metallurq (Ukrayna) 1:2
Qol: Sadio Tounkara, 31.
Qarabağ (Azərbaycan) - RNK Split (Xorvatiya) 1:3
Qol: Namiq Ələsgərov, 70.
Neftçi (Türkiyə) - Kayseri Ərciyəsspor (Türkiyə) 0:0
İnter (Azərbaycan) - Kasımpaşa (Türkiyə) 3:1
Qollar: Junior Nildo, 10. Məhəmməd Mirzəbəyov, 28. Elvin Məmmədov, 83.
Sumqayıt - AZAL 0:0
Qaynar.info