Xəbər lenti

Kolbasada ölümcül təhlükə...
Ölkə11:42 21.10.2014

Kolbasada ölümcül təhlükə...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Minsk istehsalı olan kolbasada "afrika taunu" aşkarlanıb.

 
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Donuz ətindən hazırlanmış kolbasada 5 dəfə sınaq aparılıb və 4-də xəstəlik aşkar edilib. Bundan sonra məhsulun satışına qadağa qoyulub. 

Ümumrusiya Elmi Tədqiqat İnstitutunun apardığı sınaqlar da xəstəliyin mövcudluğunu təsdiq edib. Hazırda Rusiya tərəfi Belarusdan bu faktların araşdırılmasını tələb edir.

Həmçinin, Rusiya Belarusdan göndərilən bütün ət məhsullarına qarşı monitorinqləri gücləndirib. Rusiyanın əsas baytarlıq inspektoru Yevgeni Nepoklonov bu fakt üzrə belaruslu kolleqası ilə təcili danışıqlar keçirib.

Qaynar.info