Xəbər lenti

Kollec tələbələri keçmədikləri fənlərdən imtahan verəcək (İDDİA)
Ölkə08:53 07.07.2020

Kollec tələbələri keçmədikləri fənlərdən imtahan verəcək (İDDİA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Astara Pedaqoji Kollecində birinci kurs tələbələrindən 13 fənn üzrə imtahan götürülməsinə qərar verilib. 
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.
Bəzi tələbələrin dediyinə görə, mart ayından dərslər dayandırıldığından fənlərin çoxu keçirilməyib, buna baxmayaraq, Astara Pedaqoji Kollecində hər fəndən imtahan təyin olunub.
İddiaya görə, kollecdən tələbələrə bildirilib ki, imtahanların sayının müəyyənləşdirilməsi birbaşa Təhsil Nazirliyinin səlahiyyətinə daxildir, kollec buna müdaxilə edə bilməz.
Məsələ ilə bağlı Təhsil Nazirliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu istiqamətdə müvafiq araşdırmalar aparılır.