Xəbər lenti

Kolleclərə qəbul olanların nəzərinə: sabah son gündür
Ölkə13:34 28.08.2019

Kolleclərə qəbul olanların nəzərinə: sabah son gündür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin daxil olduqları təhsil müəssisəsinə qeydiyyatı sabah başa çatacaq.
Dövlət İmtahan Mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər avqustun 23-dən 29-dək  sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.