Xəbər lenti

Kolleclərə qəbul olmaq istəyənlərə ŞAD XƏBƏR
Ölkə08:15 10.02.2014

Kolleclərə qəbul olmaq istəyənlərə ŞAD XƏBƏR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təhsil  Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul qaydalarında müəyyən dəyişiklik edib.

TQDK-dan verilən məlumata görə, həmin dəyişikliyə əsasən, bu il buraxılış imtahanlarının nəticələri əsasında ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə müsabiqə aparılacaq.

Belə ki, 9-cu sinfi bitirən şagirdlərdən kolleclərin müsabiqəsində iştirak etmək istəyənlər buraxılış imtahanının nəticəsinə əsasən, ixtisas seçimi edə biləcəklər. Başqa sözlə, 9-cu sinfi bu il bitirən və kolleclərə qəbul olmaq istəyənlər üçün ayrıca imtahan keçirilməyəcək. Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları (9-cu sinfi əvvəlki illərdə bitirənlər) üçün keçiriləcəkdir. Həmin imtahanın iyun ayının 29-da keçirilməsi nəzərdə tutulur.

Kolleclərə ümumi orta təhsil bazasında (9 illik) qəbul imtahanlarında bütün abituriyentlərin (həm əvvəlki illərin məzunu olanlar, həm də 2014-cü ilin məzunları üçün) yalnız ana dili və riyaziyyat fənlərindən bilikləri yoxlanacaq.

Qaynar.info