Xəbər lenti

Kolumbiyadan 20 Yanvarla bağlı NOTA
Ölkə09:59 20.01.2014

Kolumbiyadan 20 Yanvarla bağlı NOTA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Notada xalqımızın müvəffəqiyyətlə nəticələnən öz müqəddəratını təyin etmə və suverenlik uğrunda mübarizəsinin tanındığı bildirilir

Kolumbiya Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirilməsi barədə nota təqdim edib.

Azərbaycanın Meksika Birləşmiş Ştatları və eyni zamanda Kolumbiyadakı Səfirliyindən Trend-ə daxil olan məlumata görə, Kolumbiya Respublikası Xarici İşlər Nazirliyindən Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatları və eyni zamanda Kolumbiya Respublikasındakı Səfirliyinə ünvanlanmış notada, "1990-cı ilin 20 yanvar tarixində Azərbaycanda Sovet qoşunları tərəfindən törədilmiş və Qara Yanvar faciəsi kimi tanınmış hadisələr"lə əlaqədar Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirilərək, xalqımızın 1991-ci ildə müvəffəqiyyətlə nəticələnən öz müqəddəratını təyin etmə və suverenlik uğrunda mübarizəsinin tanındığı bildirilib.

Qaynar.info