
Güllə yarasından Gəncə hospitalında yatan əsgər Toğrul Abdullazadə aprelin 8-ci gecə Bakı hərbi hospitalına gətirilib. Bu haqda Turan-a “İslam, Demokratiya və İnsan Halqarı” İctimai Birliyindən məlumat verilib.
5 gündən çox koma durumunda olan əsgər bəzi reaksiyalar verməsinə baxmayaraq, hələ də bu durumdan çıxmayıb.
Əsgər T.Abdullazadə hərbi xidmətə 2012-ci ildə Lənkərandan çağırılıb. Hərbi xidməti başa vurmasına bir neçə ay qalmış xidmət etdiyi hərbi hissədə güllə yarası alıb. Hadisənin başvermə səbəbi və təfərrüatları məlum deyil.
Qaynar.info