Xəbər lenti

Komada olan əsgərimiz öldü (ÖZƏL)
Ölkə05:36 23.05.2013

Komada olan əsgərimiz öldü (ÖZƏL)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

54 gün komada olan əsgər Toğrul Abdulzadə bu gün dünyasını dəyişib.

Bu barədə Qaynar.info-ya əsgərin yaxın qohumları məlumat veriblər. Onlar deyiblər ki, əsgərin vəziyyəti bir neçə gün əvvəldən pisləşib. 54 gün komada olan əsgər bu gün dünyasını dəyişib.

Əsgərin həkimlərinin verdiyi məlumata görə isə  beyinlə rabitəsi tam kəsildiyindən tibbi müdaxilə dünəndən dayandırılıb və ailəsinin onu görməsinə icazə verilib.  Əsgər artıq ailəsinə təhvil verilib və dəfn olunmaq üçün Lənkəran rayon Liman şəhərinə gətiriləcək. 

Xatırladaq ki, Toğrul Abdulzadə buil martın 30-da əsgər yoldaşı Samir Əliyev tərəfindən açılan atəş nəticəsində başından güllə yarası alıb. Bir həftə Gəncə hospitalında qaldıqdan sonra aprelin 5-də Bakıya gətirilib.

Samir Əliyev və başqa iki əsgər həbs olunub. Hadisəni törədən əsgər ilkin izahatında Toğrulu öldürmək məqsədi ilə vurduğunu deyib.

Xatırladaq ki, vəfat edən əsgər xeber.info saytının baş redaktoru Cavid Cabbarlının yaxın qohumudur. 


Qaynar.info