Xəbər lenti

Komadan ayılmayan baş leytenantımız şəhid oldu (FOTO)
Ölkə10:43 09.12.2020

Komadan ayılmayan baş leytenantımız şəhid oldu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vətən Müharibəsində yaralanan əsgərlərindən biri şəhid olub.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, Suqovuşan uğrunda gedən döyüşlərdə ağır yaralanan baş leytenant Hikmət Səfərov uzun müddət komada qalıb. Dekabrın 8-də isə komadan ayılmayaraq şəhadətə qovuşub. Hikmət əslən Ağdam rayonunun Yusifcanli kəndindən olub. 
Şəhidlik zirvəsinə yüksələn zabit Səfərov İkinci Fəxri Xiyabanda dəfn edilib.