Xəbər lenti

Komandir Bakıda ağır qəza törətdi - YENİLƏNİB-FOTOLAR
Ölkə12:53 03.02.2015

Komandir Bakıda ağır qəza törətdi - YENİLƏNİB-FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda ağır yol qəzası olub. Qaynar.info aznews-a istinadən xəbər verir ki, hadisə Mətbuat prospektində qeydə alınıb. 
“Mercedes” markalı 90 CB 292 dövlət nömrə nişanlı avtomobil işıq dirəyinə dəyərək aşıb. Qəzadan sonra yolda tıxac yaranıb.
Qəzanın baş vermə səbəbi kimi adı çəkilən avtomobilin digər avtomobil tərəfindən yolda sıxışdırılması göstərilir. Qəza törədən sürücünün Yasamal Rayon Mühafizə İdarəsinin bölük komandiri olduğu deyilir.
Avtomobil tamamilə yararsız hala düşsə də, sürücü yüngül xəsarətlə canını qurtarıb. 
Qaynar.info