
"Qaydaları pozanları cərimələr gözləyir”.
BunuQaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Əlməmməd Nuriyev komendant saatı ilə bağlı qaydaların pozulmasından danışarkən deyib. O bildirib ki, komendant saatı müddətində xüsusi icazə olmadan hər hansı bir şəxsin, yaxud da nəqliyyat vasitəsinin hərəkəti qadağandır:
"Xüsusi icazənin verilməsi komendant tərəfindən müəyyən edilir. Prezidentin sərəncamı ilə ölkə üzrə ümumi komendant Daxili İşlər naziri təyin edilib. Eyni zamanda da ayrı-ayrı rayonlarda komendantların təyin olunması da gözlənilir. Bu da ölkənin komendantı tərəfindən həyata keçiriləcək. Bütövlükdə hərbi vəziyyət haqqında rejimin icrasna nəzarət Daxili İşlər orqanlarına tapşırılıb”.
Hüquq müdafiəçisinin sözlərinə görə, bütün icazə sistemi Daxili İşlər Nazirliyi vasitəsi ilə həyata keçiriləcək:
"Orada müvafiq qurumlara, onların vəzifəli şəxslərinə, maşınlara icazələr verilməsi müəyyənləşəcək. Birincisi, hərəkətin məhdudlaşdırılması baş verəcək. Eyni zamanda, hamı öz üzərində şəxsiyyət vəsiqəsi gəzdirməlidir. Çünki şəxsiyyətin müəyyənləşdirilməsi məsələsi hər zaman ola bilər. Biz hər zaman təxribatlar gözləyirik. Bütün bunların qarşısını almaq üçün hərbi qanunlara əməl etmək lazımdır. Əks halda qaydaları pozanları cərimələr və yaxud da onların saxlanılması gözləyir”.
Bahar Rüstəmli