Xəbər lenti

"Jurnalistlər binası"nın sakinlərinə yaxın günlərdə "kupça" veriləcək"
Ölkə13:14 05.09.2019

"Jurnalistlər binası"nın sakinlərinə yaxın günlərdə "kupça" veriləcək"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əmlak Məsələləri Dövlət Komitəsi jurnalistlərin ikinci binasının sənədləşdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Komitədən Qaynarinfo-ya daxil olan məlumatda deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların  mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair Çıxarışlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaxın günlərdə səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində media nümayəndələrinə təqdim ediləcək.