Xəbər lenti

Komitə sədri: Bütün gözləntilərin növbəti ilin büdcə zərfi ilə reallaşdırılması qeyri-mümkündür
Ölkə 12:11 03.12.2024

Komitə sədri: Bütün gözləntilərin növbəti ilin büdcə zərfi ilə reallaşdırılması qeyri-mümkündür

"Bütün gözləntilərin növbəti ilin büdcə zərfi ilə reallaşdırılması qeyri-mümkündür".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.

Deputat bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi üçün böyük layihələr nəzərdə tutulur:

"Lakin etiraf etmək lazımdır ki, bütün gözləntilərin gələn il üçün təqdim olunan büdcə zərfi vasitəsilə reallaşdırılması qeyri-mümkündür. Nəzərə almalıyıq ki, büdcə prosesi sadəcə bir illə məhdudlaşmır, davamlı, uzunmüddətli xarakter daşıyır. Bu səbəbdən də təkmilləşməyə məruz qalır. Bu illər ərzində belə bir təkmilləşmə üçün uzun bir yol qət edilib".

Qafqaz Rafiqoğlu

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->