Xəbər lenti

Kompüter mühəndisliyinə həvəsin kökündə nə dayanır? - Ekspert
Ölkə10:20 02.09.2022

Kompüter mühəndisliyinə həvəsin kökündə nə dayanır? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda ali məktəblərə ixtisas seçiminin nəticələri belə deməyə əsas verir ki, abituriyentlər arasında kompüter mühəndisliyinə maraq dəfələrlə artıb.
Abituriyentlərin əksəriyyəti bu il İK sahəsi üzrə ixtsaslaşmağa üstünlük veriblər.
Buna səbəb hansı amildir?
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, kompüter mühəndisliyi ixtisasına marağın artmasına həmin ixtisası tədris edən ali təhsil ocaqlarında tədrisin keyfiyyətinin yüksəlməsi və karyera amili öz təsirini göstərib.
Ekspert qeyd edir ki, I ixtisas qrupunda yüksək bal toplayanların sayının çox olması da sözügedən ixtisası seçməyə süni meyl yaradıb:
"Müasir dövrdə innovativ yeniliklər artıq gündəlik artımda da hiss olunur. Birinci ixtisas qrupunda yüksək bal toplayan abituriyentlərin sayı digər qruplarla müqayisədə hədsiz dərəcədə çox olub. Bu da kompüter mütəxəssisliyi ixtisasına süni şəkildə meyllənməyə təsir göstərib. İxtisas seçimi zamanı yüksək bal toplayanlar əsasən bu ixtisası seçib. Bu, kompüter mühəndisliyi ixtisasının tədris edildiyi universitetlərdə tədrisin keyfiyyətinin artması ilə bağlıdır. Digər tərəfdən, 5 il əvvələ qədər abituriyent I ixtisas qrupu üzrə neft-qaz mütəxəssisliyinə üstünlük verirdi. Ancaq burada karyera üzrə inkişafın çətin olduğunu gördülər. Bu sahədə uğur əldə etmək o qədər də asan başa gəlmir. Məhz karyera amili də ixtisas seçiminə öz təsirini gstərib. İKT ixtisasını bitirənlər ən azından müstəqil şəkildə çalışıb nələrəsə nail ola bilirlər”. 
Rüfət Sultan